Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür

4-02-2017, 09:47   
Hər il 9 milyona yaxın insan xərçəng xəstəliyindən ölür


Dünyada hər il 8,8 milyon insan bir qayda olaraq gecikmiş mərhələlərdə aşkar olunan onkoloji xəstəliklərdən dünyasını dəyişir.

“Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi saytında məlumat yerləşdirilib.

ÜST-nin yeni hesabatı hər il fevralın 4-də qeyd olunan Beynəlxalq Onkoloji Xəstəliklərlə Mübarizə Günü münasibəti ilə dərc olunub.

Təşkilat ekspertləri ayrıca diqqəti xərçəngin erkən diaqnostikası probleminə yönəldirlər, çünki onkoloji xəstəliklərin əksər növləri erkən mərhələdə aşkar edildiyi zaman demək olar ki, tam müalicə olunandır.

Yüksək ölüm halları bir qayda olaraq xəstəliyin artıq 3 və 4-cü mərhələlərdə aşkar olunmasıdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.