Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın İrəvan hökumətini ittiham etdiyi məqaləsinə baş nazir Ovik Abramyan sərt reaksiya verib.
O. Abramyan keçmiş dövlət başçısının Serk Sərkisyan hakimiyyətini tənqid etməsinə münasibət bildirərkən deyib: “Mənə bu məqalə haqqında məlumat verdilər. Bu, alçaqlıqdır. Bu gün insanlar simvollar və nüfuzların öz həyatlarında olmasına ehtiyac duyurlar. Bir neçə il bundan əvvəl prezident kürsüsündən düşüb və indi həmin pilləyə qalxa bilmir. Doğrudanmı, dövlət başçısı postunu tərk etməklə prezidentlik postunu belə alçaltmaq olardı? O, bir çox yanlış fakt bəyan edir və hökuməti soyğunçuluqda ittiham edir. Bəzi nəşrlər də onun fikirlərinə istinad edir. Bu, tülkünün öz quyruğunu şahid kimi çağırmasıdır. Soyğunçunun əcdadı hər yerdə öz şəxsi maraqlarını irəli çəkmək üçün soyğun axtarmağa çalışır. Ayıbdır! Bundan heç nə çıxmayacaq”.
Xatırladaq ki, Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın ilur.am saytında Sərkisyan iqtidarını sərt şəkildə tənqid edən məqaləsi dərc olunub.