Rusiya kəşfiyyatının Türkiyə macəraları

7-02-2017, 08:59   
Rusiya kəşfiyyatının Türkiyə macəraları

15 iyul gecəsi amerikalı generallar necə tələyə salındı

2013-cü ilin sonu, 2014-cü ilin Novruz bayramına yaxın Rusiyada ardıcıl, silsilə kibercinayətlər start götürərək 2016-cı ilin dekabrına qədər dayanmaq nədi bilmir. Öz kibercinayətlərini “Şoltay-boltay” saytında tirajlayan bu qara hakerlər ilk olaraq Rusiya prezidenti Vladimir Putini nişan alırlar. 31 dekabr 2013-cü il tarixində Putinin Rusiya vətəndaşlarına yeni il müraciətini hardansa oğurlayıb, vaxtından xeyli əvvəl öz saytlarına yerləşdirirlər.


Sonra...

Sonra qara hakerlər girişirlər Aleksandr Duqinin - bir nömrəli Kreml ideoloqunun, şəxsi bilgisayarına. O vaxtlar bu təcrübəli filosof bütün dünyadakı Rusiya tərəfdarlarının uzun siyahısını hazırlayıb lazımi məxfi ünvanlara çatdırmaq istəyirdi. Siyahıdakı mühüm şəxslər, Kremlin razılığından sonra Rusiya mass-mediasına maneəsiz çıxış haqqını qazanmalıymış, sən demə. Hakerlər adına “Duqinin siyahısı” deyilən həmin məxfi dosyeni hop edib elə havadaca oğurlayırlar. Siyahı keçir rusofob Qərb məxfi qurumlarının iti caynağına. Siyahıdakılar nəzarətə görürülür. Barələrində tədqiqat, türklər demiş, “güdü, pusu” başlayıb, bir-iki nəfərin şübhəli ölümü ilə nəticələnir lap axırda.

Amma nə su bir yerdə dayanır, nə Rusiya ştirlitsləri. Bəlli olur ki, kibercinayətkarlar təkcə elə bircə Duqinlə kifayətlənməyiblər. Hədəfləri, demək olar, bütün Rusiya siyasi elitası üzvləri, o cümlədən baş nazir Dmitri Medvedyevdir.

Hakerlərin dəsti-xətti eyni imiş. Hədəfdəki məmur bilgisayarına, əvvəlcə saxta Wi-Fi xətti atılır, sonra bu elektron ünvanın var-yoxu sovrulub talanırmış.
***
Sonradan bəlli olur ki, “Duqin siyahısı”nda ən ciddi ünvanlar, dosyelər Türkiyə hərbi-kəşfiyyat elitası ilə əlaqəli tam məxfi qovluqlardı. “Duqinin türk siyahısı”na “Şoltay-boltay” hakerləri vasitəsilə yiyələnmiş Vaşinqton siyasi elitası, son nəticədə bərk əsəbiləşib hiddətlənir. Məşhur Zbiqnev Bjezinski belə siyahıya qarşı biganə qalmır. Dövrü mətbuatda “Duqinin türk şəbəkəsi” adlı məqaləsi ilə çıxış edib, Amerika kəşfiyyatından Türkiyədəki fəallığını artırmağını tələb edir.



Mövzuya marağınızı görüb, Aleksandr Duqinin son məqalələrindən kiçik nümunələri indi sizin diqqətinizə çatdırıram:

“Türkiyədəki üç fərqli güc mərkəzləri sırasında ən ciddisi, kemalistlərlə hərbiçilərdi. Əvvəllər ABŞ, məhz bu gücə inanaraq Ankaranı öz nəzarəti altında saxlayırdı. Lakin sonralar Vaşinqton qərara gəldi bu atlantistləri ”mülayim, demokratik islamçılarla" - Fətullah Gülən şəbəkəsi ilə əvəzləyib, öz köhnə kadrlarını - kemalistləri, ergenekonçuları siyasi arenadan silsinlər. Avrasiya məkanına, postsovet dünyasına millətçilər vasitəsilə deyil, FETÖ yoluyla girişsinlər...

2005-ci ildən başlayaraq general Vəli Küçük, Tuncar Kılıcla bizim məxfi görüşlərimiz başladı. Danışıqlara cavab olaraq, Vəli Küçük, habelə yüzlərlə digər erqenekonçular, türkçülər, turançılar FETÖ tərəfindən tutulub məhbəslərə atıldı...

Suriya üzərində Rusiya təyyarəsi vurulduqdan iki ay sonra “Vatan” Partiyası rəhbərliyi, əməkli hərbi kəşfiyyatçılar - İsmayıl Hakin Ekin, Sener Polad tam məxfi səfərlə Rusiyaya gəlib bizimlə görüşdülər. FETÖ sirlərini bizə açdılar. Təyyarənin Gülənin tapşırığı ilə vurulduğunu sübut edən sənədləri ixtiyarımıza buraxdılar. Əmri belə çıxır ki, Əhməd şəxsən özü imzalayıbmış...


Davudoğlunun Binəli Yıldırımla əvəzlənməsi faktı aramızdakı yeni dialoqa start verdi...

2016-cı ilin martında Türkiyəyə məxfi səfərim gözlərimi həqiqətə tam açdı. Gördüm ki, bəli, Türkiyədə bir deyil, iki hökumət var. Təyyarəmiz məhz FETÖ-nün bu paralel hökuməti tərəfindən düşürülüb...

15-16 iyul tarixində Ankarada idim. Ankaranın meri Melih Gökçəklə təmaslarımdan sonra FETÖ-nün bütün sirləri artıq mənə aydın idi... Bu vaxt da çevriliş başladı... Amerikaya 2 milyard dollara başa gələn bu əməliyyatı ABŞ generalı - vaxtilə Əfqanıstandakı hərbi qüvvələrə başçılıq etmiş general Kembell, Quş adalarındakı bir malikanədən idarə edirmiş, sən demə...".



***

Düzü, mən “Şoltay-boltay” hakerlərinin, Duqinə məxsus bilgisayara maneəsiz girib ordan Türkiyəyə aid sənədlərin oğurlanması faktına əvvəlcədən şübhə ilə yanaşmışam. Əvvəla, Duqini cibinizə qoymayın. Peşəkar hərbi kəşfiyyatçı ailəsində doğulmuş bu filosof, “şaltay-boltay”çılar, Amerika casusları tərəfindən güdüldüyünə özü əvvəldən elə bələd idi.
Kəşfiyyatçılarda nə varsa, həmişə iki nüsxədədir. Birincisi iz azdırmağa xidmət edən “dezo”lardı. İkincisi həqiqi fayllardı. Amma bu fayllar həmişə yeddi möhür arxasında gizlədilir. Açılması isə inanın mənə, əsla mümkün deyil.

İzlənildiyini duyan Duqin, məncə, öz mərhum atası, QRU generalı Qeliy Duqinin təcrübəsinə müraciət edərək öz bilgisayarını müxtəlif dezinformasiya nümunələri ilə doldurur. Yarıdoğru, yarıyalan informasiyalarla MKİ agentlərini aldadır.

Image result for Genel Kurmay başkanı Binali Yıldırım darbe günü

Son nəticədə zərbə, tam başqa ünvandan dəyir Türkiyədəki Gülən şəbəkəsinə. Bunu Rusiya Strateji Araşdırmalar İnstitutu (RİSİ) rəhbəri Leonid Reşetnikov da, dövrü mətbuata verdiyi son müsahibəsində təsdiqləyib.

***

Əks-kəşfiyyat işində həbslər, qətllər qəti mümkün deyil. Varsa, bu, uğursuzluq, qeyri-peşəkarlıq nümunəsidir. Gərək, sadəcə, hadisələri güdüb düşmənə saysız dezolar göndərəsən. Rusiya hərbi kəşfiyyatı QRU, bu cür də hərəkət edir o vaxt. Ərdoğanın hərbi ataşesi albay Ali Yazılının MKİ, FETÖ agenti olduğunu bilincə, ona mane olmur. Başlayır ovuclarını bir-birinə sürtməyə.



Başlayır ona ilk növbədə Ərdoğanın gündəlik iş rejimi barədə saxta məlumatlar ötürməyə. Burda sözü verək yenidən Aleksandr Duqinə:

“Çevriliş cəhdindən hələ doqquz ay əvvəl bizim hərbi kəşfiyyat bu barədə artıq xəbərdar idi. Bizimkilər qərara gəlirlər FETÖ-yə mane olmayıb ona Ərdoğan barədə yanlış məlumatlar ötürsünlər”.

***

Deyilənlərdən nəticə çıxaran Türkiyə rəhbərliyi, ilk növbədə Ərdoğan öz mühafizəsini Rusiya hərbi kəşfiyyatının 25-ci elit bölmələrinə tapşıraraq, tez-tez narahatcasına öz qol saatına baxmağa başlayır.


Sui-qəsdçilər, ilk növbədə Ərdoğanı qətlə yetirib, sonra efirə “start!” siqnalını ötürməli imişlər. İyul ayının 15-də, axşam radələrində, rus kəşfiyyatı axır FETÖ-nü aldadıb onu üsyana təhrik etməyi bacarır. Ərdoğanın hərbi yavəri albay Ali Yazılı öz havadarlarına xəbər ötürür ki, bəs filan saatda Ərdoğan guya filan ünvanda olacaq. Fürsəti əldən qaçırmayın.

Üsyanın baş hədəfi Ərdoğan olduğundan, üsyançılara onun yalançı müqəvvası, belə deyək, “kuklası” sərgilənir. Nəticədə, general Kembell, əlindəki incə qədəhdən viskini dadıb, kobud barmaqlarını telefonundakı “start!” düyməsinə tərəf aparır.

***

FETÖ-çülər general Kembelin rəhbərliyi altında “Grand Yazici Club Turban” hotelə hücum edən zaman Ərdoğan artıq hoteldən çıxarılıb, başqa yerə aparılmışdı. Hücum zamanı hoteli qoruyan polislərlə əsgərlər arasında şiddətli döyüş baş verir. Çox sayda polis işçisi ölsə də, hücumçular bilmirlər ki, Ərdoğan artıq hoteldə yoxdur.

Related imageumçuların çoxu məhv edilir, sağ qalanlar qaçaraq bir helikopterə doluşub təcili özlərini Yunanıstana çatdırırlar.

İndi Ankara Afinadan bu sui-qəsdçiləri Türkiyəyə qaytarmağı tələb edir. Cinayətin gələcək tədqiqatlarında bu kəslər “Kilid adamlar”dı deyə, onları xüsusi qoruma altında saxlamaq lazımdı. Yoxsa...



Yoxsa sabah yazıqların cansız cəsədləri Afina telekanallarında sərgilənə bilər axı.

***

Moskva da, Vaşinqton da, razıyam, dağıdıcı qüvvələrdi. Ancaq arada ciddi fərqlər mövcuddur. Kreml qlobal siyasi-iqtisadi sistemləri, Ağ Ev isə ölkələri parçalamaq istəyir. “Yerli dövlət idarəetmə mexanizmləri”ni dünya miqyasında müdafiə edən Kremlin bu dəfə maraq dairəsi Ankara ilə üst-üstə düşüb, deyəsən. Nəticədə, sonuncular öz tarixi rəqiblərinə - liberal qlobalistlərə qarşı yeni məxfi ittifaqda birləşiblər. Uzaq siyasi üfüqlərdə artıq yeni Bizansın hələ ki zəif silueti görünməkdədir.

Bosfor sahillərinə bütün ömrü boyu Rusiya cəmi ikicə dəfə yaxınlaşıb. İlk rus hökmdarı Oleq, qalxanını Konstantinopol qapılarına mıxlayandan sonra dünyada Rusiya dövləti yaranıb. Sonra uzun fasilə yaranır bu prosesdə. Ancaq Lenin bunu bir dəfə - 1922-ci ildə, Atatürk nümunəsində təkrarlamağı bacarır. Bu da öz növbəsində yeni Rusiyanın, yəni SSRİ-nin yaranması ilə nəticələnir.

İndi, deyəsən, bu, bir daha Putin-Ərdoğan modelində bərpa olunaraq yeni sabahlar vəd edir həm Kremlə, həm Ankaraya.

***

Olaylardan sonra Amerika kəşfiyyatı “Şoltay-Boltay” hakerlərinin dezinformasiya qurbanı olduğunu yəqin edib, öz qayğı əlini üzərlərindən kənara çəkir. Hakerlər buna lap əsəbiləşirlər. Aleksandr Duqinin bilgisayarına təkrar girib ordan 260 MB həcmində informasiya oğurlayırlar. Ancaq Duqinin pravoslav mesenatı Konstantin Moalofeyevlə yazışmasını özündə əks etdirən bu informasiya massivi Vaşinqtonda xüsusi ironiya ilə qarşılanıb, hakerləri bərk təşvişə salır lap axırda. Saytın rəhbəri - Vladimir Anikeyev məhz bu vaxt pulsuz qalıb FSB-nin qurduğu tələyə düşür. Tələ isə bax bu cür qurulur - kimsə Anikeyevə zəng vurub deyir bəs guya satdığı məxfi informasiyanı çox böyük məbləğə almağa hazırdı. Ancaq gərək Anikeyev Ukraynadan ayrılıb, cibində flaşkart, Neva sahillərinə gəlsin.

Ardını daha danışmıram. Piterdəki “Anqlater” hotelində, vaxtilə şair Yeseninin intihar etdiyi otaqda qalmağı sevən Vladimir Anikeyevə Rusiya kəşfiyyatçıları yaxşı bələd idilər. Bilirdilər Piterə gəldiyi vaxt o, eyni ünvanları gəzəcək. FSB-çilər “X” saatında hotelin pərdələri arxasından çıxıb Anikeyevi anında yerə yıxırlar.

Az sonra yaxalanmanın qəşəng şəkilləri bütün sosial şəbəkələrə paylanılır. Növbəti həbslər artıq cəmiyyət üçün adiləşir. Konstantin Teplyakov, Aleksandr Filin kimi hakerlərin həbsi isə artıq heç kimi maraqlandırmır.

Həmid HERİSÇİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.