Azərbaycan minaya qarşı nəqliyyat vasitələrinin istehsalını davam etdirir

7-06-2014, 15:57   
Azərbaycan minaya qarşı nəqliyyat vasitələrinin istehsalını davam etdirir
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi (MSN) bu il 60 ədəd «Matador» və «Marauder» tipli minaya qarşı qorumalı nəqliyyat vasitəsi istehsal edəcək.

Bu barədə APA-ya Müdafiə Sənayesi Nazirliyindən məlumat verilib.

Bununla da Silahlı Qüvvələrin sifarişi üzrə CAR-ın «Paramount Group» şirkəti ilə birgə həyata keçirilən layihə yekunlaşacaq.

Maşınların silahlandırılması prosesinə isə 2015-ci ildə yekun vurulacaq.

Qeyd edək ki, MSN-in «Paramount Group» şirkəti ilə imzaladığı müqavilə 90 ədəd maşının Azərbaycanda istehsalını əhatə edib. İndiyədək müqavilə üzrə 30 maşın Bakıda istehsal olunub, silahlandırılaraq sifarişçiyə verilib.

Maşınlar 12.7 və 14.5 mm çaplı pulemyotlarla təchiz olunmuş İsrail istehsalı olan döyüş modulları ilə silahlandırılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.