Müğənninin qohumlarının “Çermet”dəki silahlı insidentdə iştirak etdikləri məlum olub
May ayının 30-da Bakının Nərimanov rayonu ərazisində baş verən insidentin bəzi iştirakçılarının kimliyinə aydınlıq gəlib. Anspress insidentdə saxlanılardan bir neçəsinin məşhur müğənni Rəqsanənin qohumları olduğunu üzə çıxarıb.
Qeyd edək ki, rayonun “Çermet” qəsəbəsi razisində 93 saylı orta məktəbin qarşısında insident baş vermişdi. BMW X6 markalı avtomobilin sürücüsü yolda avtoxuliqanlıq edib, buna etiraz edən qəsəbə sakinləri ilə sürücü arasında əlbəyaxa dava baş verib.
Dava zamanı havaya tapançadan atəş açılıb. Hadisə yerinə polis əməkdaşları gəlib… Sonrakı araşdırmalar zamanı məlum olub ki, insidentdə iştirak edən Turan, Tural və İlqar Səfərovlar məşhur müğənni Rəqsanə İsmaylovanın yaxın qohumlarıdır. Daha dəqiq desək, Turan və Tural Səfərovlar ifaçının həbsxanadan yeni çıxan bacısı Ellada İsmaylovanın oğlanları olduğu bildirilir. Hər iki gənc hazırda həbsxanadadır.
Polis araşdırmaları zamanı insidentdə İlqarın İ yaxından iştirak etmədiyi məlum olub və o məsuliyyətdən kənarlaşdırılıb.
Hadisə baş verən zaman müğənni Rəqsanə 16-cı bölməyə gedib və baş verənlərlə maraqlanıb.
Xatırladaq ki, Ellada İsmaylova ötən illərdə İnsan alveri ilə məşğul olduğuna görə həbs edilmişdi. Ellada hazırda xarici ölkədə yaşayır və çalışır. Gənclər isə ifaçının anası ilə birlikdə Bakıda yaşayırlar.