“Mika” ləqəbli keçmiş Bakı ermənisi təyyarələrini satır

7-06-2014, 16:00   
“Mika” ləqəbli keçmiş Bakı ermənisi təyyarələrini satır
Ermənistanın müflis olmuş “Armavia” şirkətinin sahibi, keçmiş Bakı ermənisi, “Mika” ləqəbi ilə tanınan oliqarx Mixail Bağdasarov təyyarələrini satır.

Virtualaz.org saytı erməni mətbuatına istinadən xəbər verir ki, “Armavia”nın işçiləri şirkət müflis olandan bəri öz əmək haqlarını ala bilməyiblər. Şirkət təyyarələri və digər əmlakı sataraq işçilərin əməkhaqqı borclarını ödəməyə çalışır.

Lakin “Joqovurd” qəzeti yazır ki, Bağdasarov əslində işçiləri aldadır. Çünki bundan əvvəl də “Armavia”nın əmlakı satılıb, ancaq əldə olunan puldan işçilərin maaş borcu verilməyib.

Belə çıxır ki, oliqarx təyyarələrini və digər əmlakını sataraq pulları yeni biznesə qoyur, “Armavia”nın işçiləri isə boş yerə ondan maaş gözləyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.