Erməni ordusu Naxçıvana hücum etdi

7-06-2014, 16:05   
Erməni ordusu Naxçıvana hücum etdi
Erməni ordusu Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Ermənistanla sərhəd olan Ləkətaq kəndi istiqamətindən hücuma keçib.

Axar.az xəbər verir ki, bu barədə Kəmalə Bənənyarlı özünün Feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, ermənilər həmin istiqamətdə bəzi yüksəklikləri ələ keçiriblər: “Kənd camaatı gecələr yatmır və döyüşlər gedir. Məlumatın nə qədər doğru olduğunu bilmirəm”.

Müdafiə Nazirliyi məsələ ilə bağlı Axar.az-a açıqlamasında bildirdi ki, atəşkəslə bağlı bütün məlumatlar rəsmi internet səhifəsində yayımlanır.

Nazirliyin rəsmi saytında Naxçıvana hücumla bağlı heç bir məlumat yerləşdirilməyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.