Mərkəzi Kəşfiyyat İdarəsinin ilk tviti özlərinə xas klassik bir cümlə olub : “Biz bunun ilk tvitimiz olduğunu nə təsdiq, nə də inkar edə bilərik”.
Sosial medianın "Kəşfiyyat təşkilatları bizi izləyirmi?" adlı məşhur sualı artıq öz cavabını tapıb.
Bir neçə saat bundan qabaq aktiv etməsinə baxmayaraq, MKİ artıq 25 hesab izləyir. MKİ-in izlədiyi hesablar Amerika Birləşmiş Ştatlarının rəsmi hesablarıdır, lakin onların arasında ABŞ Prezidenti Barak Obamanın olmaması diqqətdən yayınmayb.
Xatırladaq ki, Amerikanın digər bir kəşfiyyat təşkilatı olan FBI daha əvvəl Tvitterdə qeydiyyatdan keçmişdi.