Əfqanıstanda sel fəlakəti - 100-dən çox insan öldü

7-06-2014, 16:11   

Əfqanıstanın şimalındakı Bağlan vilayətinin Qozargah kəndində şiddətli yağışlar nəticəsində meydana gələn sel fəlakəti 100-ə yaxın insanın həyatına son qoyub. Ölənlərin çoxu qadın və uşaqlardır.

Yerli rəsmilər bölgədə minlərlə evin su altında qaldığını açıqlayıblar. Bu baxımdan ölü sayının kəskin artacağı ehtimal edilir.

Sel suları kəndə gedən bütün yolları yuduğu üçün axtarış-xilasetmə qrupları əraziyə çata bilmirlər.

Qeyd edək ki, Əfqanıstanda may ayında şiddətli yağışlar nəticəsində meydana gələn torpaq sürüşmələrində 2 mindən çox insan həyatını itirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.