Bu gün Şamaxıda iki yük avtomobilinin toqquşması ilə nəticələnən yol qəza hadisəsi baş verib. Qəza nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Kanal S bildirir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolunun 122-ci km-də Şamaxı rayonu ərazisində qeydə alınıb. Belə ki, qəza zamanı paytaxt istiqamətində hərəkətdə olan Gülağa Mirzəyevin idarə etdiyi yük avtomobili, öz hərəkət zolağından çıxaraq qarşı tərəfdən gələn Zeynalov İdealın idarə etdiyi yük avtomobilinə çırpılıb.
Toqquşma o qədər güclü olub ki, avtomobillər yararsız vəziyyətə düşüb. Qəza ilə əlaqədar olaraq yol müvəqqəti bağlanıb. G.Mirzəyevin sözlərinə əsasən, qəza anidən baş verib.
Hadisə zamanı İdeal Zeynalovun avtomobili deformasiyaya uğradığından əraziyə FHN-in xüsusi riskli xilasetmə qrupu cəlb olunub. Müxəlif dərəcəli bədən xəsarətləri alan sürücü dərhal Şamaxı Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib.
Həkimlərin sözlərinə görə, onun vəziyyəti orta ağır hesab edilir. Baş vermiş avtomobil qəzası ilə əlqədar Baş Dövlət Yol Polisi idarəsində cinayət işi açılıb. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
Şamaxıda iki yük avtomobili toqquşub, yaralanan var.
Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Qazax yolunun 127-ci kilometrində "MAN" markalı yəhərli-dartıcı yük avtomobili ilə "Mercedes" markalı yük avtomobilinin toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Nəticədə "Mercedes" markalı yük avtomobilinin sahibi müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə etməklə avtomobildən çıxarılaraq təcili yardım xidmətinə təhvil verilib. Əməliyyat saat 11:48-də başa çatıb.