Casuslar haqqında filmlərdə, Bonddan Bornadək, həmişə belə səhnələr təkrar olunur: casus təqibçilərin gözündən itib gizlənmək üçün bir çamadan dolu müxtəlif cür pasportlardan istifadə edir.
Ancaq burası da var ki, daha tez ikinci pasporta casuslar yox, adi insanlar, necə deyərlər, “iqtisadi vətəndaşlar” yiyələnmək istəyirlər.
"Henley and Partners" şirkətinin vətəndaşlıq məsələləri üzrə mütəxəssisi Christian Kalin müştərilərə hansı pasporta pul xərcləməyin daha sərfəli olduğu barədə məsləhət verir. Onun fikrincə, hər il minlərlə insan ikinci, hətta üçüncü pasport əldə etmək üçün 2 milyarda qədər dollar yatırır.
“İnsanlar öz investisiya portfelini diversifikasiya etməyə çalışdığı kimi, öz “pasport portfellərini” də diversifikasiya etmək istəyirlər”, - Kalin izah edir. Vətəndaşlığa maliyyə yatırımı etmək hazırda Çin, Rusiya, eləcə də Yaxın Şərq sakinləri arasında populyardır.
Bunu, xəzinəsində pul çatışmayan ölkələr qeydə alıb. Tək son il ərzində Antiqua və Barbudada, Qrenadada, Maltada, Niderlandda və İspaniyada varlı sərmayəçilərə yatırımlar müqabilində və digər sadə yolla vətəndaşlıq əldə etmək imkanı verən yeni proqramlar açılıb.
Ancaq demək olmaz ki, bu proqramların şəffaflığı və hesabdarlığı hamını qane etmir.
Yanvarda Avropa Komissiyasının sədr müavini Viviane Reding öz nitqlərindən birində “vətəndaşlıq satışa qoyulmamalıdır”, - deyib.
Lakin hələlik varlıların bəxti gətirir: ölkədə daimi yaşamaq tələbinə rəğmən, yarım düjün ölkə onlara yatırımlar müqabilində birbaşa vətəndaşlıq almaq yolunu təklif edir.
Əslində vətəndaşlıq pula satılır.