Konqo Demokratik Respublikasında inək oğurluğunun qisası “demokratik yolla” alınıb.
Virtualaz.org xarici KİV-lərə istinadən xəbər verir ki, ölkənin şərqindəki Cənubi Kivy əyalətində silahlı şəxslər kilsəyibadətə gedən insanlara basqın edərək azı 37 nəfəri qətlə yetiriblər. Əyalətin daxili işlər naziri Jan-Jülyen Miruxo bildirib ki, silahlı hücum iri buynuzlu mal-qara oğurluğuna görə qisas kimi həyata keçirilib. Yerli sakinlər də bu informasiyanı təsdiqləyiblər. Yerli hakimiyyət rəsmilərinin bildirdiyinə görə, öldürülənlərdən 10-u uşaqdır, 14-ü qadındır. Onların əksəriyyəti güllələnərək öldürülüb, bəzilərini isə doğrayıblar və yaxud evlərinə od vuraraq diri-diri yandırıblar. Öldürülənlər bafuliru qəbiləsinin mənsublarıdır. Bəzi yerli sakinlər hücuma görə qonşu Burundidən olan ekstremistləri günahlandırırlar. Əyalətin qubernatoru hadisəyə görə kimin günahkar olduğunu deməkdə çətinlik çəkib və bildirib ki, orada hamının silahı var.