Bakı şəhər sakini Fuad İbrahimov cəzalandırılıb.
Nəsimi rayon Məhkəməsi onun nəqliyyat vasitəsini idarə etmək hüququnu 6 ay müddətinə məhdudlaşdırıb.
F.İbrahimovun cəzalanma səbəbi isə maraqlıdır. Belə ki, o, yol hərəkəti qaydasını pozduğuna görə kəsilən cəriməni 3 ay müddətində ödəməyib.
Qeyd edək ki, İnzibati Xətalar Nəcəlləsinin 313–2.2 maddəsinə görə, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır