Antarktida: nəhəng buz dağında parçalanma

22-02-2017, 08:22   

NASA mütəxəssisləri Antarktidada nəhəng buz dağının parçalanması ilə bağlı peykdən çəkilmiş görüntüləri yayıblar.

Müşahidələrdən məlum olur ki, Payn-Aylend aysberqindən ayrılan buz hissəsinin uzunluğu 4 kilometrə yaxındır.

Payn-Aylend buzlağının dörddə bir hissəsinin sürətlə parçalanmağa doğru getməsi planetimizin cənub materikində baş verən ən böyük hadisələrdən biri kimi qiymətləndirilir.

İki il öncə həmin aysberqdən indikindən on dəfə böyük buz parçası ayrılmışdı. Prosesin sürətlənməsi qlobal iqlim dəyişikliyi, böyük istiləşmə ilə bağlıdır. Alimlərin ehtimalı özünü doğrultmaqda davam edir, belə ki, Antarktidanın nəhəng “buz qalxanı” ötən illərə nisbətən daha sürətlə deqradasiyaya uğrayır.

Atmosfer vəziyyəti, okean sularında baş verən kəskin temperatur dəyişikliyi aysberq dağlarının sürətlə əriməsindən, bu prosesin davamlı olacağından xəbər verir.

Buzlaqlar diyarı Antarktida hər il buz qalxanının 2,8 min kub kilometrini itirir ki, bu da yaxın onilliklərdə buz örtüyünün, demək olar, yarısının yoxa çıxması ilə nəticələnə bilər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.