Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilərŞok!

8-06-2014, 11:18   
Ermənilərə Türkiyə vətəndaşlığı verilə bilər
Türkiyədə erməni immiqrantlara vətəndaşlıq verilməsi məsələsi müzakirə edilib.

Bu barədə müzakirələr Türk Dünyası Müdriklər Forumunun növbəti iclasında baş tutub.

Türkiyənin eyni adlı qəzetinin iddialarına görə, iclasda Ermənistandan gəlmiş şəxslərin Türkiyədə qeyri-leqal yaşaması barədə məsələ ilə bağlı fikir mübadiləsi aparılıb.

İclasın yekununda Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana təqdim edilməsi üçün bir sıra təkliflər müəyyən olunub. Təkliflər paketində Türkiyədə qeyri-leqal yaşayan və çalışan ermənilərə vətəndaşlıq verilməsi təklif olunur. Bundan başqa iclas çərçivəsində Ərdoğanın Ermənistana 1915-ci ildəki hadisələrlər bağlı başsağlığı verməsi sammit iştirakçıları tərəfindən müsbət qiymətləndirilib.

Qeyd edək ki, hazırda Türkiyədə qeyri-leqal 30 min Ermənistan vətəndaşı yaşayır
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.