Redaksiyamıza Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Mammedovun fəaliyyətilə bağlı daha bir şikayət daxil olub.
Repartyor.org xəbər verir ki, şikayətçi Kəlbəcər rayonu 60 saylı orta məktəbin fiziki tərbiyyə müəllimi İbrahim Əsədov bildirir ki, rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədov 2012-ci ildə kirvəsi, Goranboy rayonunun Qaraçinar kəndində yaşayan Kəlbəcər rayon sakini Yusifov Mirəziz Qəzənfər oğlunun oğlu Səməndər Yusifovu Gürcüstanda institutlardan birinə qəbul etdirmək üçün 7500 manat pul alıb: “O, Səməndərə saxta tələbə bileti düzəltdirsə də, 2016-cı ildə saxtakarlığın üstü açılıb. Məlum olub ki, Gürcüstanda tələbə biletində adı yazılmış universitet yoxdur. 2016-ı ildə Mirəziz Yusifov Xocalı rayon Prokurorluğuna şikayət edərək prokuror Şixəli Əliməmmədovun köməkliyi nəticəsində Səxavət Mammedova verdiyi pulu geri ala bilib. Diqqətinizə çatdırım ki, Səxavət Mammedov təhsil şöbəsinin müdiri postuna başqalarını aldada-aldada, dələduzluq yolu ilə gəlib çıxıb. Səxavət Mamedov tərəfindən Goranboy rayon təhsilində ədalətsizlik və özbaşnalıq baş alıb gedir".
Şikayətçi Səxavət Mamedovun məktəblərdə olmayan müəllimlərin yerinə dərs yazdıraraq onların maaşlarını mənimsədiyini də qeyd edib: “Məktəbin kimya müəllimi yoxdur, əvəzetməyə verilməlidir lakin bunlar bunu etmir. Həmin yeri özləri yola verərək pulu mənimsəyirlər. Onlarla belə faktlar var, bütün bunlara bir ölçü götürülməlidir”.
Bir müddət əvvəl bizə müraciətində şikayətçi İ.Əsədov Səxavət Mamedovun qardaşı Zabil Mamedovun da fəaliyyətində ciddi qüsurlar olduğunu bildirmişdi. Onun sözlərinə görə, Goranboy rayonunun Qaraçinar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin müavini işləyən Z.Mamedov məcburi köçkünlər üçün nəzərdə tutulan yanacaq yardımının bir hissəsini mənimsəyib: "Mənə çatan yanacağı da mənimsəyib. Səxavətin qardaşı Zabil həmçinin qaçqınlar üçün nəzərdə tutulan digər yardımları da mənimsəyir. Əslən Kəlbəcərdən olan Səxavət Mamedov hər yerdə deyir ki, onun day-dayı Cavid Qurbanovdur. Amma bu o demək deyil ki, Səxavət düz danışır. Ola bilər ki, o, hörmətli Cavid müəllimin adından istifadə edir və öz əməllərini pərdələməyə çalışır. Mən inanmıram ki, Cavid müəllim belə bir adamı yaxın buraxsın. Bəlkə də heç onu tanımır. Sadəcə Səxavət hər yerdə Cavid Qurbanovun adından istifadə edir".
Səxavət Mamedovun direktorlarin səlahiyyətlərini məhdudlaşdirmasi barədə verdiyi saxta əmrlər
Şikayətçi İ.Əsədov qeyd edir ki, 2014-cu ilin yanvar-fevral aylarında Goranboy Rayon Təhsil Şöbəsinin əməkdaşları rayonun Yenikənd kənd tam orta məktəbində frontal yoxlama aparıblar: "Yoxlama zamanı məktəbin direktoru Səxavət Verdiyevin 38 min manatlıq maliyyə pozuntusuna yol verdiyi məlum olub. 3 mart 2014-cu il tarixdə Səxavət Verdiyev direktor vəzifəsindən azad olunub. Səxavət Verdiyevin məndə saxta sənədləri var. O, 03.03.2014-cü il tarixli, 8 nomrəli əmrə əsasən səlahiyyəti çatmadan qanunsuz əmrlər imzalayıb. Həmin saxta əmrlər məndədir. Həmçinin qeyd edim ki, Səxavət Verdiyev bir müddət sonra Səxavət Mamedovun əliylə yenidən vəzifəsinə bərpa olunub. Onun Səxavət Məmmədova nə qədər rüşvət verdiyi də mənə bəllidir”, - deyə İbrahim Əsədov bildirib.
Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Mamedov
Qeyd edək ki, redaksiyamıza göndərdiyi şikayət ərizəsində İ.Əsədovun Goranboy rayon təhsil şöbəsinin müdiri Səxavət Məmmədovun Gürcüstanda təhsil aldığını bıldirib: "Onun diplomunun saxta olmasına dair ciddi iddialar var. Gürcüstanda təhsil gürcü və ingilis dillərində aparılır. Bu adam da nə ingilis dilini bilir, nə də gürcü dilini. Səxavət Məmmədovun Gürcüstanda necə təhsil alması Azərbaycan dövləti tərəfindən araşdırılmalıdır. Müəllim işləməzdən öncə taksi sürücüsü olub. Qəza törədib və iki nəfərin həyatına son qoyub. Qaradağ rayonunda işləyəndə polis mayorunun həyatına son qoydu. Sonra Goranboyda taksi fəaliyyətilə məşğul oldu. Gedib Gürcüstanda təhsil alıb gəldi, məktəbdə işə düzəldi. Direktor müavini və direktor oldu. Ardınca təhsil şöbəsinə müdir təyin edildi. Qaradağda mişar daşı karyerinin müdiri bunun dayısıdır. Qaradağda qəza törədəndən sonra dayısı onu Bakıya qoymur. 2014-cü ildə məktəb direktoru vəzifəsindən uzaqlaşdırılan şəxsləri pul alıb yenidən direktor təyin edir. Yüngül həyat tərzi keçirir. Onun tez-tez eyş-işrət məclislərində iştirakına dair fotolar, məlumatlar var".
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.
Maraqlıdır ki, ortada məktəb müəlliminin açıq şikayəti olduğu halda Təhsil Nazirliyi hələ də müvafiq tədbirlərin görülməsində maraqlı deyil. Nazirliyin mətbuat xidməti tərəfindən dəfələrlə bəyan olunub ki, məktəblərin və təhsil şöbələrinin fəaliyyəti barədə açıq şikayətlər olmadığından nazirlik müvafiq addımlar ata bilmir. Lakin göründüyü kimi, İ.Əsədov bir müddətdir ki, Goranboy Təhsil Şöbəsində baş verənlər barədə açıq iddilar ortaya qoymasına baxmayaraq hörmətli Mikayıl Cabbarov hələ də sükut nümayiş etdirir.
(Missiya.az)