Məzardan eşidilən səslərin əsas sirri nədir?- MARAQLI

24-02-2017, 17:30   

İnsan öldükdən 30 dəqiqə sonra orqanizmdə əsaslı dəyişmə prosesi baş verir. Orqanizmdə refleks məhv olur, əzələlər boşalır. Öldükdən hər saat sonra vücudun temperaturu bir dərəcə aşağı düşür. Kök insanların daxili orqanları daha gec soyuyur. Uşaqlarda və arıq insanlarda isə proses əksinə gedir. Çürümə isə 24 saatdan sonra başlayır. Yalnız bu müddətdən sonra bədəndəki bakteriyalar həmən komanda şəklində işə başlayırlar. Onların məhv etdikləri, yəni, çürüyən ilk orqanlar göz, mədə, bağırsaqlardı. Ən gec isə qəlb, böyrək çürüyür.
Lakin insanın ölümündən, məzara qoyulmasından sonra baş verən, diriləri ən çox maraqlandıran hadisə isə məzardan səslərin eşidilməsi və qırx günə qədər olan yaşananlardı.

Moderator.az xəbər verir ki, burada heç bir mistika və qorxulu məqamdan söhbət gedə bilməz. Baş verənlərin hamısı fiziki orqanizmdə yaşanan proseslərlə bağlıdır. Məsələn, basdırıldıqdan qısa müddət sonra cəsədin qarın nahiyəsində şiş yaranır. Bunun da səbəbi mədə və bağırsaqları didən bakteriyaların əmələ gətirdiyi qaz kütləsi ilə bağlıdır.
Yaxud, insan öldükdən sonra qəbirdə saç və dırnaqlarının uzanması deyimi var. Yalandır. Sadəcə, dəri get-gedə çürüyüb geriyə çəkildiyi üçün dırnaqların uzandığı iddia edilir.
Həmçinin, haqqında bəhs etdiyimiz məzardan səslərin gəlməsi deyimi də birbaşa fiziki prosesdir. Məzardan səsin gəlməsi gündən-günə daha da intensivləşən çürümə prosesin son akkordudur. Qaz kütləsi ilə həddindən artıq şişən qarın və köks sonda partlayır. Bu partlayış məzar daşının yanında dayanan adamın eşidə biləcəyi səs səviyyəsində olur. Partlama bir neçə dəfə davam etdiyi üçün məzardan eşidilən səslərdə hansısa mistikanı arayırıq.

Elmin Nuri
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.