Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Şəkidə maşın dərəyə aşdı: 2 ölü

8-06-2014, 11:24   
Şəkidə maşın dərəyə aşdı: 2 ölü
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinə istinadla verdiyi məlumata görə, Şəki rayonu, Böyük Dəhnə kəndində (rayon mərkəzindən 30 km aralı) "Volkswagen" markalı minik avtomobili idarəetməni itirərək dərəyə yuvarlanıb.

1983-cü il təvəllüdlü Osmanov Ruslan Əbdülrəhman oğlunun idarə etdiyi avtomobilin yol-qəzası törətməsi nəticəsində R.Osmanov və sərnişin (qardaşı) 1988-ci il təvəllüdlü Osmanov Fəqan Əbdülrəhman oğlu aldıqları bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil veriliblər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar