Rəşid Behbudovun qızı atasına biganə münasibətdən narazıdır

8-06-2014, 14:39   
Rəşid Behbudovun qızı atasına biganə münasibətdən narazıdır
Azərbaycanın dahi sənətkarı Rəşid Behbudovun qızı Rəşidə xanım səssizlikdən artıq bezdiyini dilə gətirib.

O bildirib ki, Behbudovlar ailəsinə kimsə nəsə etmək istəsəydi, bu günə qədər edərdi.
"Sözün düzünü desəm, bütün bunlardan bezmişəm. Artıq 25 ildir ki, Azərbaycan mədəniyyətinin səviyyəsi, korifeyi həyatda yoxdur. Dünyaya ikinci dəfə Rəşid Behbudov gəlməyəcək. Amma heç kim zəng vurub maraqlanmır, Rəşid Behbudovun adını daşıyan teatrdan belə bir hərəkət yoxdur. 25 ildir ki, səsimi çıxarmıram, bundan sonra susmayacam” - deyə Rəşidə xanım etirazını bildirib.
Rəşidə xanım atasının anım gününü ailə olaraq bir araya toplanıb qeyd edəcəklərini deyib: “Mədəniyyət Nazirliyi tərəfindən hər hansı bir tədbir olacaq, ya yox - bu barədə mənə heç kim heç nə deməyib. Əgər siz özünüz teatr və nazirliklə maraqlansaydınız ki nəyə görə Rəşid bəyin ailəsi yada salınmır, çox gözəl olardı. Mən ancaq sizə güvənirəm, ümid edirəm ki, siz səs salsanız, tədbir görən olacaq”.


Belə məlum olur ki, korifey sənətkarın layiq olduğu diqqət nə onun əziz xatirəsinə, nə də qızına göstərilir.

Qeyd edək ki, sənəti ilə özünü və Azərbaycanı dünyaya tanıdan böyük müğənni Rəşid Behbudov artıq 25 ildir bizimlə deyil. O, 73 yaşında bizi tərk etsə də əvəzedilməz ifalarını miras qoyub getdi.

Xatırladaq ki, Rəşid Behbudov 1915-ci il, dekabrın 14-də Tiflisdə xanəndə Məcid Behbudalı oğlunun ailəsində dünyaya gəlib. SSRİ-nin xalq artisti, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, Sosialist Əməyi Qəhrəmanı, Dağıstanın xalq artisti, Gürcüstanın əməkdar incəsənət xadimi kimi yüksək dərəcəli fəxri adlara layiq görülüb. Dahi sənətkar 1989-cu il, iyunun 9-da Moskva şəhərində vəfat edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.