Dünya Bankının keçmiş analitiki: “Ukraynaya görə nüvə müharibəsi də başlaya bilər”

8-06-2014, 14:40   
Dünya Bankının keçmiş analitiki: “Ukraynaya görə nüvə müharibəsi də başlaya bilər”
Ukraynaya görə Qərblə Rusiya arasında mübarizə nə vaxtadək davam edəcək? Rusiya Ukraynanın şərqində gedən müharibəyə müdaxilə edəcəkmi, əgər edəcəksə, ABŞ-ın buna reaksiyası necə olacaq?

Bu kimi suallar hazırda dünyanın aparıcı beyin mərkəzlərini və analitiklərini dərindən düşündürür.

Virtualaz.org saytı xəbər verir ki, Dünya Bankının keçmiş analitiki Piter Köninq “Qolos Rossii” radiostansiyasının ingilis xidmətinə müsahibəsində bu qarşıdurmanın hətta nüvə müharibəsinə qədər gedib çıxa biləcəyini deyib.

Onun fikrincə, ABŞ Rusiya ilə mübarizədə uduzmamaq üçün hətta nüvə silahı da işlədə bilər.



“Belə risk var ki, Vaşinqton son çarəsizlik içərisində dağıdıcı nüvə müharibəsinə təşəbbüs edə bilər. Lakin bu, şübhəlidir, çünki Amerikanın bank və korporativ elitası prezident Obamanın hərəkətlərinə nəzarət edir. Onlar həddən artıq eqosentrikdir və özünüməhvetmə riskinə getməzlər.

Qeyd etmək lazımdır ki, Amerika elitası olduqca neoamerikandır. Bu elitanı formalaşdıran adamlar Amerika xalqı və Amerikanın özü barədə düşünmürlər. Onlar üçün Amerika sadəcə olaraq dünya ağalığı üçün alətdir. Əgər onlar özlərinə zərər verməmək şərti ilə müharib başlada bilsəydilər, bunu çoxdan etmişdilər” - deyə qloballaşma və Amerika əleyhdarı kimi tanınan ekspert bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.