Əziz Əzizov Cəlilabadı necə işğal edir: “prezident kimdi ki, mən istədiyimi edirəm” – VİDEO
2-03-2017, 06:18
Cəlilabad rayonunda məmur özbaşınalığı, vətəndaşların hüquqlarının pozulması haqda yazmışdıq. “Əziz Əzizovun Cəlilabad gestaposundan faktlar” başlıqlı yazımızda bu barədə geniş, həmdə vətəndaşların videomüraciətləri ilə birgə bəhs etmişdik. Bu dəfə isə sizə təqdim etdiyimiz şikayətdə Cəlilabad rayon rəhbərinə qarşı ilginc ittihamlar yer alır. Bildirək ki, redaksiyamızın əməkdaşları Cəlilabad rayonunda ezamiyyətdə olub və məmur özbaşnalığının qurbanı olan Hüseynovlar ailəsinin problemlərini yerindəcə araşdırıblar. Cəlilabad rayonu Mehdi Hüseynzadə küçəsində yaşayan Hüseynovların açıq aşkar mülkiyyət hüququ pozulur və onların qanunla sahib olduğu torpaq sahəsinə icra başçısı Əziz Əzizov tərəfindən qanunsuz müdaxilə olunur. Belə ki, apardığımız araşdırmalarda məlum olub ki, Hüseynov Aydin İman oğluna məxsus üzüm sahəsini əlindən alıblar. Bununla bağlı bizi məlumatlandıran şikayətçi bildirir: “Əvvəlcə Aydın Hüseynovun əlini-qolunu bağlıyaraq apardılar, üzüm bağlarını qırdılar sonra da üzüm bağında Azərİşığ Açıq Səhimdar Cəmiyyətinin binasını inşa etdilər. Bizdə buna görə prezidentə müraciət etdik. Onlarda səhvlərini başa düşüb Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı iddia ərizəsi ilə Cəlilabad məhkəməsinə müraciət etmişdi. Amma məhkəmə düzgün qərar vermədi. Biz də Məhkəməyə getmədik. Çünki bu işə İnzibati İqdtisadi Məhkəmə baxmalı idi. Qanun isə budur ki, ilk olaraq hansı məhkəməyə müraciət olunubsa, o işə həmən məhkəmə baxır. Məhkəməyə getmədik. Amma məkhəmə hakimi Qalib Paşayev gəldi bizim ərazini görüb bildiri ki, dövlətin 10 sot torpağı sizdə deyil. Lakin Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı və Nazirlikdə oturanların təzyiqi ilə Qalib Paşayevə təzyiq edərək onun fikrini dəyişdirdilər. Daha Sonra biz də Apelyasiya məhkəməsinə müraciət etdik. Amma Apeliyasiyadan heçbir ekspert göndərilmədi. Biz Şirvan İnzibati İqdtisadi Məhkəməsinə müraciət etdik. Oradan ekspertlər gəldi, onlar da düzgün qərar verməyib. Çünki Milli Məclisin qərarı budur ki, yoldan 30 metrə sağ və sol hissəsi qoruma zolağıdır. 8 saylı ərazi idarəsi çıxarış verib. Çıxarışda da bu ərazilər Aydına məxsusdur. Bu yerlərdə torpaqlar bahadı deyə əvvəllər noxud satan, alverçi olan Cəlilabad Rayon İcra Hakimiyyətin başçısı indi bizim torpağları alıb satmaq istəyir.”
Hüseynov Aydin İman oğlunun yoldaşı Hüseynova Yazangül bildirib ki: “Polis rəisi Eldar gəldi sahədə yoldaşımın qolundan tutub apardılar. Mən də qışqırdım ki, “özümü yandıracam”. Eldar isə bildirib ki, get harda istəyirsən yandır, amma yeri bizə ver. Məni də əsəbdən şəkər xəstəsi oldum. Ayaqlarım tutulub, yeriyə bilmirəm. Bizə torpaqları Heydər Əliyev veribdir. Bunlar da deyir ki, prezident kimdi ki, mən istədiyimi ediəm”. Bir sözlə, cumhuriyet.az olaraq apardığımız araşdırmalardan belə məlum olur ki, sahibkarın rəsmi sənədlərinin olmasına və dövlət başçısının sahibkarlıqla bağlı çıxışlarına baxmayaraq rayon rəhbərliyi “Bağdadda kor xəlifə, Cəlilabadda mənəm” prinsipi ilə hərəkət edir. Cəlilabad rayonuna ezam olunan cumhuriyyet.az əməkdaşlarının video materiallarını diqqətinizə çatdırırıq