Naxçıvan MR Ali Məclisinin sədrinə aid olduğu deyilən “Nəxşicahan Holdinq Ltd” şirkətlər qrupu biznes portfelini genişləndirir. 2007-ci ildən fəaliyyət göstərən holdinq "ailəsi"nə tibb şirkəti də daxil olub.
Vergilər Nazirliyi iyunun 4-də məlumat verib ki, “Nəxşicahan Med” MMC (VÖİN: 200728171) bu il aprelin 17-də dövlət qeydiyyatına alınıb. Şirkətin rəhbəri Seymur Talıbovdur. Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu “Nəxşicahan Holdinq Ltd”nin maraqlarını ölkədə və ölkədən kənarda təmsil edir.
“Nəxşicahan Holdinq Ltd” şirkətlər qrupuna 14 şirkət daxildir. Qrupun Bakıda və Naxçıvanda ticarət mərkəzi, yanacaqdoldurma məntəqələri, mehmanxana, sənaye müəssisəsi və başqa obyektləri var