Türkiyədə növbəti zəlzələ

9-06-2014, 10:31   
Türkiyədə növbəti zəlzələ
Türkiyədə 4.6 bal gücündə zəlzələ baş verib.

Türkiyənin Hatay vilayətinin İskəndərun mahalında Rixter şkalasına görə 4.6 bal gücündə zəlzələ meydana gəlib.

Boğaziçi Universiteti Kandili Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutunun verdiyi məlumata görə, Türkiyə saatı ilə 06:38-də baş verən zəlzələnin episentri İskəndərun körfəzi olub.

Yerin 17.6 kilometr dərinliyində baş verən zəlzələ ətraf ərazilərdə də hiss olunub.

Xatırladaq ki, iki gün öncə də Türkiyədə zəlzələ baş vermişdi.

İlkin məlumatlara görə, zəlzələ zamanı tələfat olmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.