MTN-də saxlanılan nurçuların həbs müddəti uzadıldı

9-06-2014, 13:44   
MTN-də saxlanılan nurçuların həbs müddəti uzadıldı
Aprelin 12-də Yasamal rayonu, Xıdır Mustafayev küçəsində yaşayış evlərinin birində polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı saxlanılan nurçuların həbs müddəti uzadılıb.

Bu barədə məlumatı virtualaz.org saytına saxlanılanların vəkili Nizami Abbsov verib.

Vəkil bildirib ki, iyunun 7-də Səbayel Rayon Məhkəməsində saat 11:00-da baş tutan məhkəmə iclasında saxlanılan Eldəniz Hacıyev, Rəvan Fərzəliyev və İsmayıl Məmmədovun həbs müddəti 2 ay uzadılıb.

Vəkilin sözlərinə görə, həbs müddətinin uzadılmasına səbəb bu işlə bağlı çoxlu şahidlərin dindiriləcəyidir.

“Onların şikayəti qanunsuz və əsassız saxlanılmaları ilə bağlıdır. Onlar Quran-i Kərimi öyrətdikləri üçün saxlanılmalarını anlaya bilmirlər”,- deyə vəkil bildirib.

Qeyd edək ki, onlar Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq təcridxanasında saxlanılırlar.

Xatırladaq ki, aprelin 12-də Yasamal rayonu, Xıdır Mustafayev küçəsində Eldəniz Hacıyevin evində nurçuluq dini təriqətinin 41 nəfər üzvü saxlanılmışdı.

Saxlanılanlardan Eldəniz Hacıyev və İsmayıl Məmmədovdan başqa digərləri izahatları alınaraq sərbəst buraxılmışdılar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.