Sabirabad rayonunda bədbəxt hadisə baş verib.
Hadisə Sabirabad rayonunun Qaragüney kəndində qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin zabiti, leytenant Bəxtiyar Fazil oğlu Sevdimalıyev Şirvan kanalına düşərək boğulub.
Zabitin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Hələlik zabitin meyitini tapmaq mümkün olmayıb.
Dövlət Sərhəd Xidmətindən faktı təsdiqləyiblər. Bildirilib ki, zabitin axtarışları davam etdirilir.