Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Qazaxda dost dostu güllələdi

9-06-2014, 13:45   
Qazaxda dost dostu güllələdi
Qazaxda güllələmə hadisəsi baş verib.

Qazax Rayon Polis Şöbəsindən apa-ya verilən məlumata görə, hadisə Qazax şəhərində baş verib.

Rayon sakini, 36 yaşlı Asif Dilbozovla dostu və həmyaşıdı olan İbrahim Nəbiyev arasında mübahisə yaranıb. Nəticədə A.Dilbozov əldə etdiyi silahla İ.Nəbiyevə bir necə dəfə atəş açıb. Daha sonra İ.Nəbiyev kəsici alətlə A.Dilbozova xəsarət yetirib.

Hadisə zamanı güllə yarası alan İ.Nəbiyev Qazax Rayon Mərkəzi Xəstəxanasına, A.Dilbozov isə Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar