Müxalif gənclər ianə kampaniyası keçirirlər. “1 nəfərə 1 manat” adlı kampaniyanın məqsədi mayın 6-da “Nida” üzvlərinə çıxarılan uzunmüddətli həbs cəzalarına etiraz aksiyasında tutulan gənclərin cəriməsini ödəməkdir. Məhkəmə bir neçə gəncə ümumilikdə 3900 manat pul cəriməsi kəsib.
“Media forum”- məlumatına görə, ianə kampaniyası üçün Müsavat Partiyasının mərkəzi qərargahında, REAL Hərəkatının ofisində ianə qutuları qoyulub. Könüllülər bu işi səyyar formada da aparırlar.
Ötən həftə başlayan ianə kampaniyasında indiyə kimi min manata yaxın pul yığılıb. Kampaniya üçün facebook sosial şəbəkəsində səhifə yaradılıb. Səhifə vasitəsilə 20 minə yaxın insana kampaniyaya qoşulmaq dəvəti göndərilib.