Bakı Hava Limanında insident yaşanıb.
Belə ki, Kiyevə uçmalı olan təyyarənin Londona marşrutu üzrə səfərə çıxacağı elan edilib. Nəticədə artıq həmin təyyarədə yerlərini rahatlamış sərnişinlər uçaqdan düşürülüblər.
Bu insident barədə Kiyevə səfərə çıxan politoloq Elxan Şahinoğlu öz facebook səhifəsində məlumat verib:
«Həyatımda belə sürprizlə qarşılaşmamışdım. Yeni hava limanında biletdə göstərildiyi kimi hamı kimi mən də 3-cü qapıdan Bakı-Kiyev ucağına mindim. Sərnişinlər yerlərini təzəcə rahatlamışdılar ki, hava limanının işçiləri içəri daxil olub nə desələr yaxşıdır? «Sizi düzgün istiqamətləndirməyiblər, bu təyyarə Londona uçur, buranı tərk edin..» «Bəs bizim təyyarə hardadır» sualını isə hava limanı işçiləri cavablandıra bilmədilər. Hər halda sərnişin olmadan təyyarə havaya qalxmaz deyib, bütün sərnişinlər avtobus axtaranlar kimi yeni hava limanında Kiyevə uçan təyyarəni axtarmağa başladılar. Xeyli axtardıqdan sonra hava limanı işçilərindən biri uzaqdan qışqıraraq, «bura gəlin, Kiyev təyyarəsu burdadır» deyib narahatlığımıza son qoydu. Beləcə, bu gün Londonda da peyda ola bilərdim, ancaq hazırda Kiyevdəyəm».