Əl-Nüsra cəbhəsinin ən təhlükəli terrorçusu məhv edilib.
Axar.az “Şəbistan” xəbər agentliyinə istinadən bildirir ki, Əl-Nüsra cəbhəsinin ən təhlükəli terrorçusu Suriyanın paytaxtına yaxın Qutə məntəqəsində öldürülüb.
Məlumata görə, Suriya ordusu Şərqi Qutədə keçirdiyi əməliyyatlarda “Əbul-fövz Ənsari” və “Qutə cəlladı” ləqəbi ilə tanınan Əbdül-əziz Ərmuşini məhv edib.
Bu terrorçu Ceyşul-İslam və Nüsra təşkilatına mənsub yaraqlıların əməliyyat komandanı olub və keçən ilin sonlarında sivil sakinlərə qarşı törətdiyi amansız cinayətlərə görə “Qutə cəlladı” ləqəbini alıb.