Azərbaycanda doğuş zamanı daha bir ölüm faktı qeydə alınıb.
Binəqədi Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə iyunun 7-də qeydə alınıb. Abşeron rayon sakini Günay Əliyeva Binəqədi rayonu ərazisindəki Məlikov adına 6 saylı Şəhər Klinik Xəstəxanasında doğuş zamanı ölüb. Uşaq isə sağdır. Faktla bağlı araşdırma aparılır