Nazirlik Zakir Həsənovun istefa ərizəsi yazmasını təkzib etdi

9-06-2014, 13:52   
Nazirlik Zakir Həsənovun istefa ərizəsi yazmasını təkzib etdi
Müdafiə Nazirliyi kütləvi informasiya vasitələrində müdafiə naziri Zakir Həsənovun istefa ərizəsi yazması barədə yayılan xəbərlərə aydınlıq gətirib.

Virtualaz.org-un nazirliyin saytına istinadən məlumatına görə, açıqlamada bu kimi xəbərlərin yayılmasının ictimaiyyət arasında ordu haqqında yanlış fikrin yaranması və aparılan islahat-quruculuq işlərinin şübhə altına alınması məqsədi güddüyü, eyni zamanda Silahlı Qüvvələrin rəhbərliyində təəssüf hissi doğurduğu vurğulanıb: “Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Silahlı Qüvvələrdə Nizamnamələrin tələblərinə uyğun vahid komandanlıq tərəfindən idarə olunan sağlam, həmrəy və yekdil hərbi kollektiv formalaşıb və ordu quruculuğu prinsiplərinə, subordinasiya qaydalarına uyğun hərbi xidmət təşkil olunub.

Mətbuatda yayılan bu məlumatın heç bir əsası yoxdur və yalnız uydurma xarakteri daşıyır”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.