“Benzin gətirəcəyik, özünü yandırarsan” - Məmurlardan köçkün xanıma ŞOK SÖZLƏR

6-04-2017, 15:04   

Bir neçə gün əvvəl Kəlbəcərdən olan məcburi köçkün Akif İsgəndərovun 2009-cu ildə Göygöl rayonunun Xanlar qəsəbəsindən sənədlə aldığı torpaqda tikdiyi evin icra hakimiyyəti ilə bələdiyyə arasındakı problemə görə söküləcəyi ilə bağlı məlumat vermişdik. Bildirmişdik ki, köçkün ailəsinə evi boşaltmaq üçün bir neçə gün vaxt verilib.

BakiPost.az-ın məlumatına görə, evi boşaltmaq üçün məcburi köçkünə aprelin 3-nə kimi vaxt verilsə də, məsələ mətbuatda işıqlandırılından sonra İH icra işlərindən geri çəkilib.

Akif İsgəndərov BakiPost.az-a bildirib ki, evi dağıdılmasa da, icraçılar onu hədələyir: "İcraçılar aprelin 3-də evin söküləcəyini demişdilər. Amma problem mətbuatda işıqlandırılandan sonra evin sökülməsi icra olunmadı. Bu gün isə icra şöbəsinin rəisi, həmçinin şöbənin əməkdaşı Pərvin Mehralıyev yenidən məcburi köçkünün evinə gələrək onu hədələyib. Onlar "Axı, sən nə gözləyirən? Biz sənə görə çox maşın sürəcəyik? Özün bil, onsuz da həftənin sonu evi sökəcəyik” deyərək, dərhal evin boşaldılmasını tələb ediblər. Yoldaşım evi uçuracaqları halda özünü yandıracağını dedi. İcraçılar növbəti dəfə özləri ilə həm ip, həm də benzin gətirəcəklərini bildirdilər. Dedilər ki, o zaman hansını istəsən seçə bilərsən”.



Zərərçəkən qeyd edib ki, həmin ərazidə 30-40 ev var, lakin icra başçısı məhz onun evini sökdürür: "Ermənilər Kəlbcəri işğal edib evimizi dağıtdı. Bəs bunlar kimdir? Nə qaçqın, nə də insan sayırlar. Burda 30-40 ev var. Amma heç birini sökmürlər. Yalnız mənim evimi sökürlər. İmkanlının evinə dəymir, məcburi köçkünün evini dağıdırlar. Onlar məni məhkəmə qərarı ilə hədələyir. Ölkə başçısının məcburi köçkünlərin evlə təmin olunması üçün göstərişləri var. Bu göstərişlər əsasında problemin asan yolu var. Mən evi tikdiyimiz zaman bələdiyyə bunu görürdü. İndi torpağı satanla aralarında pul davası düşüb deyə mənim evimi sökdürür”.

Akif İsgəndərov məsələ ilə bağlı prezident İlham əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət ünvanladıqlarını qeyd edib.

Qeyd edək ki, Kəlbəcərli məcburi köçkün Akif İsgəndərov BakiPost.az-a açıqlamasında bildirmişdi ki, 2009-cu ildə pul verib Göygöl rayon Xanlar qəsəbəsindən sənədlə 8 sot torpaq alıb. Həmin materialı aşağıdakı linkdən oxuya bilərsiniz:

İcra başçısı qaçqının evini yıxır: "Deyir, evinizi Sarkisyandan istəyin”

Bakı Post
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.