İntiharın səbəbləri -Şeytani qüvvələr Azərbaycana hücum edir – Ekstrasens

7-04-2017, 09:41   


Son vaxtlar ard-arda baş verən intihar hadisələri cəmiyyətdə böyük narahatlıq yaradır. Bəzi insanlar intiharların səbəbini sosial problemlərə bağlasalar da, çox vaxt intihar edən şəxsin həm şəxsi həyatı, həm də maddi durumu qaydasında olur. Belə olan halda ortaya müxtəlif versiyalar çıxır. Bu versiyalardan biri də insanlara, cəmiyyətə mənfi enerjinin ötürülməsidir.
Müəmmalı intihar hadisələrinin artması bu versiyanı, yəni insanlara naməlum qüvvələrin mənfi enerji ötürməsini gündəmə gətirir. Bu barədəKult.az -a danışan tanınmış ekstrasens Elşən Məmmədov mənfi enerji haqda çüzakirənin təhlükəli olduğunu desə də, insanlara çıxış yolu göstərmək üçün müəyyən nüansları bölüşməyə razılıq verdi:
“Əslində, mənfi enerji dediyimiz bu məfhumun adı var. Tez-tez mənfi enerji söhbətini eşidirik, ancaq mənfi enerjinin kökünə varmırıq. Əgər normal insan oturduğu yerdə durub özünə qəsd edirsə, deməli, bunu ona diktə edən qüvvələr var. Bildiyimiz kimi, son vaxtlar özünə qəsd edənlərin əksəriyyəti ağıllı, savadlı insanlardır. Bu mənfi enerji dediyimiz məsələ çox dərin mövzudur. Proses təxminən belədir: beyinə yumurta atılır, bundan sonra həmin şəxs idarə olunur. Mənfi enerjini insanın bədəninə salan qüvvələr onu idarə etməyə başlayırlar. Həmin qüvvələr də lənətəgəlmişlərdir. Əgər savadlı, ağıllı, Quranı bilən insanların cüzi də olsa, zəif nöqtələri varsa, mənfi enerji yayan həmin qüvvələr oturur həmin insanların qanına. Qan bütün orqanlara gedir, eləcə də beyində dövr edir. Beləcə insanın beynini istədikləri kimi idarə edə bilirlər.
Mənfi enerji yayan qüvvələr haqqında filmlər çəkilib, çəkilməyə də davam edir. Rejissorların öz versiyaları, fərziyyələri olur, ancaq Quranda bunun əlamətləri haqda açıq-aşkar məlumat verilib. Mənfi enerjiyə məruz qalmış insanların hansı simalara düşməsi, hansı hislər keçirməsi haqqında geniş məlumat vermək olar, bir şərtlə ki, gənclər bununla maraqlanmasın. Çünki bu məlumatın özünü verdikdə belə nəsə yayırsan.
Çox uzağa getmədən sizə bir misal çəkim. Bəzi ekstrasenslər TV-də deyirdilər ki, mənim cinim, şeytanım var. Onlar bunu deməklə həm insanların ürəyinə qorxu salırdılar, həm də lənətəgəlmişlərin təbliğatını aparırdılar. Bəzən gənclər fövqəladə qüvvəyə malik olmaq istəyirlər və Allahı yaddan çıxarırlar. Allahı da yaddan çıxaranda lənətəgəlmişlər gəlib girir onların qanına.
Mənfi enerji yayan lənətəgəlmişlərin məqsədi Şeytana qulluq etməkdir. Onları gözlə görmək mümkün deyil. Onlar daha çox zəif iradəli, Allahdan uzaq insanlara müsəlləh olurlar. Hətta böyük bir dövlət başçısına belə müsəlləh ola bilirlər. Sual yaranır ki, onlar hansı yollarla insana müsəlləh ola bilirlər? Çox yol var, bir neçəsini sadalayım: gözdən-gözə, düşünərək, güzgüyə çox baxmaqla, cinsi yolla, ən çox da qanla. Allah Quranda deyir ki, əgər sən qanda dolaşırsansa, mən insana şah damarından da yaxınam.
Lənətəgəlmişlərin ötürdüyü mənfi enerjidən qurtulmağın yolları var. Sadəcə, ilk növbədə bunun əlamətlərini bilmək lazımdır. Mənfi enerji ilə yüklənmiş insanlar adi vəziyyətdə gözlərini bərəldir, gözü bərələ gəzirlər. Axşam namazından sonra həmin insanların səsi dəyişir, xırıltılı səslər çıxarmağa başlayırlar. Onlarda ayaq tutulmaları, bel-boyun ağrıları olur. Ən pisi də budur ki, həmin insanlar özləri belə hiss etmədən asanlıqla bu qüvvəni başqasına ötürə bilirlər.
Təəssüf ki, lənətəgəlmişlərin insanın bədəninə mənfi enerji ötürməsini isbat etmək mümkün deyil, buna görə də adını xəstəlik qoyurlar. Bu xəstəliyin də ən son mərhələsi ruhi xəstəlikdir.
Lənəgəlmişlər imanı kamil olan, gecə-gündüz Allaha ibadət edən insanlara yaxın düşə bilmirlər. Onların qarşısını almaq üçün Həzrət Məhəmməddən, Həzrət Əlidən qalma çoxsaylı yazılar var. İnsanlara bir şey demək istəyirəm, istənilən zərərli qüvvədən xilas olmağın bir yolu var – Quran.
Bu, çox ciddi mövzudur, oxucuları da nəzərə almalıyıq ki, mənfi enerji yayılmasın. Lənətəgəlmişlərin ən böyük gücü bundadır ki, bu mövzular cavanlarda maraq oyadır, maraq oyatdıqca da mənfi enerji həmin insanların içinə girir, sonra isə gec olur. Ona görə də mənfi enerji ilə bağlı bilikləri bölüşərkən ehtiyatlı olmaq lazımdır, bu, yayılar bilər.
Doğrusu, mənfi qüvvələr mənə yaxınlaşanda qışqırırlar, yıxılırlar, narahat olurlar. Bunun da səbəbi var. Həmin o qüvvənin sahibləri istəmir ki, bu sirr kiməsə bəlli olsun. Yenə də son olaraq insanlara demək istəyirəm ki, Qurana, Allaha yaxın olun, onda heç bir zərərli qüvvə sizə yaxın düşə bilməz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.