Sürücülər bu xəbəri mütləq oxusunlar, yoxsa ...

9-06-2014, 14:03   

Xaricdə istehsal olunan avtomobillərin texniki baxış müddəti nə vaxt başa çatır?

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsi ilə əlaqə saxlayıb. Qurumdan bildiriblər ki, avtomobillərin texniki baxışdan keçirilmə müddəti yanvar ayının 1-dən oktyabr ayının 31-ə qədərdir.

"Əgər söhbət MDB və digər ölkələrdə istehsal olunan minik avtomobillərindən gedirsə, texniki baxış müddəti mayın 1-dən avqustun birinə qədərdir. Ötən il texniki baxışdan keçmə müddəti sentyabrın 1-dən noyabrın 1-nə qədər idi. Yeni qaydalara görə isə xarici istehsal olan minik avtomobilləri avqustun 1-nə qədər texniki baxışdan keçməlidir", - qurumun əməkdaşlarndan biri deyib.

DYPİ-dən bildiriblər ki, avtomobilini texniki baxışdan keçirməyən sürücülər cərimə olunacaqlar. Fiziki şəxslərin cəriməsi 50 manat, vəzifəli şəxslərin cəriməsi 100 manat, hüquqi şəxslərin cəriməsi isə 300 manatdır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.