Tovuzda həkimlər, müəllimlər və bağça işçilərinə yer süpürtdürdülər

9-06-2014, 14:06   

Rayonun icra başçısı büdcə təşkilatlarının işçilərini küçələri təmizləməyə məcbur edib

Tovuzun icra başçısı Tofiq Zeynalovun rayonda çıxardığı oyunların ardı-arası kəsilmir. JAM.AZ-a daxil olan məlumatlara görə, rayonun rəhbəri viran günə qoymaqla yanaşı (yaxın günlərdə milyonlarla manat xərc çəkilən yolların hansı vəziyyət olduğunu nümayiş etdirən fotoları oxucuların diqqətinə çatdıracağıq-red.), həm də büdcə təşkilatlarında çalışanları müxtəlif işlərə məcbur edir.

Əlimizdə olan fotolardan belə məlum olur ki, icra başçısı may ayının əvvəllərində rayonun küçələrini təmizlətdirmək üçün həkim, müəllim və bağça işçilərinin əməyindən yararlanıb. Məlumatlarda deyilir ki, qeyd olunan kontingentin nümayəndələri küçə süpürməyə məcbur edilib. Əks təqdirdə, onları işdən çıxaracaqları ilə hədələyiblər. Fotoşəkillər isə Tovuz-Ağbaşlar yolunda çəkilib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.