Xaləddin İsgəndərovun İlham Xəlilovdan pul tələbi rədd olunub
Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla Biləcəri bələdiyyəsinin sədri, milyonçu kimi tanınan İlham Xəlilovun arasında bir müddət gərginlik yaşanıb. Gərginliyin ortadan qaldırılması üçün millət vəkili Hacı Madər Musayevin dövriyyəyə girdiyi bildirilir.
Təqribən bir ay əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilovun arasında gərginlik yaşanıb. Gərginliyin yaşanmasına səbəb isə icra başçısının bələdiyyə sədrindən Biləcəridə tikilən və mayın 28-də istimara verilən körpünün məsrəfləri üçün 1 milyon manat tələb etməsi olub.
PİA.AZ-a bu barədə daxil olan məlumatda İlham Xəlilovun əvvəl tələb olunan məbləği verməkdən imtina etdiyi bildirilir. Gərginliyin pik həddinə çatdığı zaman isə məsələyə İlqar Xəlilovun hamisi və yaxın dostu deputat Hacı Madər müdaxilə edib. məlumatlı mənbəninin idiasına əsasən Hacı Madər İlham Xəlilovdan tələb olunan 1 milyon manatı icra başçısına verməyi istəyib və bundan sonra bələdiyə sədrinin Xaləddin İsgəndərova tələb olunan məbləği çatdırdığı qeyd olunur.
Daxil olan məlumatda o da qeyd olunur ki, Xaləddin İsgəndərovun İlham Xəlilovla münasibətləri əvvəlllər heç də pis olmayıb. Belə ki, Biləcəridə icra başçısı ilə bələdiyyə sədrinin birlikdə bir çox bizneslərinin olduğu söylənilir. Hazırda isə icra başçısı ilə bələdiyyə sədri nəqliyyatçılar parkında möhtəşəm Ticarət Mərkəzi inşa edirlər. Hacı Madərin icra başçısı ilə bələdiyyyə sədri arasında olan münaqişəyə müdaxiləsinin əsas səbəblərindən biri də bu layihəni uğurla sonna çatdırmaq olub.
Həmin ərazi ilə bağlı isə PİA.AZ-a sensasion məlumatlar daxil olub. İlham Xəlilovun bir iş adımının həyatı bahasına əldə etdiyi həmin ərazi ilə bağlı və İlham Xəlilovun bələdiyyə sədri dönəmində mənimsədiyi vergi və torpaq pulları barədə geniş yazımızla oxucular bir neçə gündən sonra tanış ola biləcəklər.
Yazıda adı keçən şəxslərin mövqeyini dərc edə bilərik…