Ağdamın yeni təyin olunmuş icra başçısı, onu dinləməyən və özünü saymazyana aparan "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri Əvəz Bayramovu vəzifəsindən uzaqlaşdırıb. Qeyd edək ki, bir neçə gün əvvəl PİA.AZ icra başçısı ilə idarə müdiri arasında münaqişə yaranması haqqında məlumat yaymışdı. Bu barədə PİA.AZ-a Ağdamdan daxil olan məlumatda bildirilir ki, ölkə prezidenti tərəfindən Ağdama yeni təyin olunmuş icra başçısının göstərişlərinə tabe olmayan "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri Əvəz Bayramovun işdən atılmasının əsas səbəbi idarə müdirinin başçıdan Bakıya şikayət etməsi olub.
Belə ki, PİA.AZ-a daxil olan məlumatda göstərilir ki, onun tapşırıqlarına tabe olmayan və taxıl biçini pulunu iki qaldıraraq vətəndaşların şikayətlərinə yol açan Əvəz Bayramovu cəzalandırmaq üçün icra başçısının ondan 30 min manat tələb etdiyi bildirilir. Məlumatlı mənbə bildirir ki, tələb olunan məbləğin 15 minini icra başçısına ötürən Əvəz Bayramov yerdə qalan hissəni ödəməkdən imtina edib. İdarə müdiri vəziyyəti “Aqrolizinq” ASC-nin Bakı rəhbərliyinə şikayət edib və onlardan kömək istəyib.
Mənbə bildirir ki, “Aqrolizinq” ASC-nin Bakı rəhbərliyndən gələn zəng Raqub Məmmədovu bərk qəzəbləndirib və icra başçısı Əvəz Bayramovun işdən azad olunması ilə bağlı sərəncam verib. Hazırda Raqub Məmmədovun özünə yaxın olan Fəttah (soyadını dəqiqləşdirə bilmədik) adlı şəxsi "Aqrolizinq" ASC-nin Ağdam rayon filialının müdiri təyin edib. İcra başçısının yeni təyinatın “Aqrolizinq” ASC-nin Bakı rəhbərliyi tərfindən necə qarşılanacağı isə maraqla gözlənilir.
Yazıda adı keçən şəxsin mövqeyini dərc etməyə hazırıq…