Türk polisini İntiqam Əliyevi saxladığına peşiman etdilər

9-06-2014, 17:11   
Türk polisini İntiqam Əliyevi saxladığına peşiman etdilər
Atatürk Hava Limanında polisə “oğlan” dediyi üçün saxlanılan və döyülən azərbaycanlı vəkilə Türkiyə Daxili İşlər Nazirliyi 7 min 500 TL mənəvi və 600 tl maddi təzminat ödəməyə məcbur olub.

Azərbaycanlı hüquq müdafiəçisi İntiqam Əliyevin hava limanında pasportu yoxlanılan zaman polislə mübahisəsi düşüb. Polis İ.Əliyevin ona “oğlan” deyə müraciət etdiyini və təhqir olunduğunu bildirib. Əliyev “oğlan” sözünün “adam” mənasını daşıdığını desə də polisi yola gətirə bilməyib. Lakin məhkəmə Əliyevin haqsız yerə tutulduğunu, kamerasız otaqda 3 dəqiqə 38 saniyə dövüldüyünü, deportasiya olunaraq 1 il Türkiyəyə gəlməsinə qadağan qoyulmasını qanunsuz hesab edərək ona təzminat ödənilməsi ilə bağlı qərar çıxarıb. Xatırladaq ki, hava limanındakı insident 2011-də baş vermişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.