Dünyanı yeni xəstəlik bürüyür - "WhatsAppitis"

9-06-2014, 17:17   
Dünyanı yeni xəstəlik bürüyür - "WhatsAppitis"
Ağıllı telefonların istifadəsindən yaranan barmaq və oynaq ağrılarına yeni bir xəstəlik adı qoyulub: "WhatsAppitis".
Xəstəliyin adını İspaniyalı həkim Fernandez Hyerro qoyub. Tibb dünyasının texnoloji inkişafı izləməyi gərəkdiyini deyən həkim yeni xəstəliklərə də ad qoyulmağının tərəfindədir.
Həkim Hyerro "The Lancet" tibb dərgisi üçün bir məqalə yazıb. O, yazısında baş barmağında ağrılar olan, vətərləri zədələnmiş bir hamilə xəstəsindən bəhs edir. Hyerro bu şikayətlərin hamiləlikdən deyil, mesaj proqramı "WhatsApp"dan qaynaqlandığını ifadə edir.
Xəstə yeni ildə ona "WhatsApp"a gələn təbrik mesajlarına təxminən 6 saat 130 qram ağırlığında telefonla cavab yazıb. Həkim ona "WhatsAppitis" diaqnozu qoyub. Hyerro xəstəyə iltihab və ağrıkəsici dərmanlar verib və bir müddət qətiyyən mesaj yazmamağı məsləhət görüb.
Xatırladaq ki, 1990-cı illərdə "Nintendo" adlı video oyun oynayan və barmaq ağrısından şikayət edənlərə də "Nintendinits" diaqnozu qoyulub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.