Sumqayıtda saxtakarlıq

9-06-2014, 17:21   
Sumqayıtda saxtakarlıq
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Sumqayıt şəhərində saxta reklam aşkarlanıb.

Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Sülh küçəsi, məhəllə 34, ev 20/13 ünvanında fəaliyyət göstərən fiziki şəxs Cahid İbrahim oğlu Hüseynova məxsus mağazada aparılan yoxlama zamanı qanunsuz reklam üsullarından istifadə edilməklə istehlakçıların çaşdırılması halları müəyyənləşdirilib.

Belə ki, mağazaya məxsus reklam xarakterli bukletlərdə “Technom, Tələsin! Qiymətlərin ağını çıxartdıq”, “Technom, Tələsin! Qiymətlərdə endirim” və mağazaya məxsus küçə reklamında “Technom, tələsin, bayramda hər şey su qiymətinə, kreditlə alış-veriş et, hədiyyə qazan” məzmunlu reklamların yayımlanıb. Mağazada satışda olan malların qiymətinə heç bir endirimin tətbiq edilmədiyi və hədiyyə kampaniyasının həyata keçirilmədiyi aşkar olunub. Bundan başqa, bayram kampaniyası ilə əlaqədar küçə reklamında kampaniyanın əhatə etdiyi dövr barədə heç bir məlumat verilmədiyi müəyyən edilib.

Qanun pozuntusuna yol vermiş Cahid Hüseynov barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.