Donuz əti istehsal edən “Smithfield Foods” şirkəti indi də insanları donuzun başqa yerləri ilə, daha doğrusu, daxili orqanları ilə təmin etməyi planlaşdırır.
Rusiya mətbuatına bildirir ki, şirkət orqan köçümə işinə yararlı olmaq istəyir. Bunun üçün isə donuzların orqanizmində DNT dəyişikliyi etməyi düşünürlər. Əsasən də donuzların ürək və ağciyəri hədəfə alınıb. Bundan başqa donuz bağırsağının yumşaq toxuması və qanı da cərrahi əməliyyatlarda istifadə olunacaq.
Şirkət artıq işlərə başlayıb. Donuzların toxumalarına “insani” müdaxilələr edib. Amma bir problem də var ki, o da donuzda olan virus çoxluğudur. Buna baxmayaraq, şirkət bu problemin də tezliklə həll olunacağından ümidlidir.
Qeyd edək ki, heyvanlar arasında yalnız donuzun DNT-si insana yaxındır. (publika.az)