Ən məşhur ailələrdən biri dağılır?

9-06-2014, 17:31   
Ən məşhur ailələrdən biri dağılır?
Dünyanın ən məşhur müğənnilərindən biri Beyons qızı Blyu Ayvi və əri Cey Zi ilə birlikdə dünən Nyu-Yorkda, Atlantik Okeanının sahilində gəzintidə idilər.

2 yaşlı Blyu Ayvini qucağında tutmuş Cey Zinin arxasınca addımlayan Beyons reportyorların bütün təkidlərinə rəğmən, sualları cavablamayıb.
Beyons və Cey Zinin boşanma ərəfəsində olduğu barədə şayiələrin dolaşması məşhur ailəni sinirləndirib.

Reportyorların bununla bağlı suallarını Beyons və Cey Zi cavablamayıblar.

In Touch Weekly-nin məlumatına görə, Cey-Zinin Nyu-Yorkda Keysi Koen adlı qadınla görüşməsindən xəbər tutan Beyons boşanmaq niyyətindədir.
Nyu-Yorkdakı "MET Gala" moda şousundan sonra liftdə Beyonsun bacısı Solanj Noulsun da Cey Ziyə hücum çəkərək onu yumruqlaması və təpikləməsinin səbəbinin də xəyanətlə bağlı xəbərin alınması olduğu iddia edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.