“Yəhova şahidləri” təriqətinin üzvləri evdə toplaşıb:22 nəfər tutulub

9-06-2014, 17:33   
“Yəhova şahidləri” təriqətinin üzvləri evdə toplaşıb:
Mingəçevirdə qadağan edilmiş dini təriqətin təbliği faktı aşkarlanıb. Len.az-ın məlumatına görə, şəhər polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 8-də Asif Bəkirova məxsus evdə “Yəhova şahidləri” dini təriqətinin təbliğ edilməsi müəyyən edilib. Evə baxış zamanı 22 nəfər saxlanılıb və təbliği və yayılması qanunla qadağan olunmuş 13 ədəd dini kitab aşkar edilərək götürülüb.
Onlardan A.Bəkirov, oğlu Elçin və Beyləqan rayon sakini Rza Babayev polis şöbəsinə gətirilib, izahatları alındıqdan sonra buraxılıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.