Ümid Partiyasına yeni şöbə müdirləri təyin edilib

9-06-2014, 18:19   

Ümid Partiyasının sədri İqbal Ağazadə partiyanın şöbə müdiri vəzifələrinə təyinat haqqında sərəncam imzalayıb.

Partiyadan APA-ya verilən məlumata görə, sərəncama əsasən Tamilla Famil qızı Məmmədova Beynəlxalq şöbəyə, Paşa Allahyar oğlu Çıraqov Gənclər şöbəsinə, Həcər Şamil qızı Abbaslı Gender bərabərliyi şöbəsinə müdir vəzifəsində təyin ediliblər.

Xatırladaq ki, İ.Ağazadə ötən həftə 6 müavininin istefaya göndərilməsi haqqında sərəncam imzalayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.