İndi kişilər eyni anda onlarla qadınla tanış olmaq istəyərkən, onlardan birinin sillə vuracağından qorxmaya bilər.
BAKU.WS Sputnik Azərbaycana istinadən xəbər verir ki, bir müddət öncə Bakıda tanışlıq klubu yaradılıb.
Təşkilatçılar xüsusi sayt hazırlayıb və hətta bu qəbildən olan görüşlərdə öz bəxtini sınamaq istəyənlər üçün səhifə də açıblar.
Klubun təşkilatçısının köməkçisi Sevil Lətifzadə bildirib ki, qısamüddətli görüşlər ideyası bütün dünyada artıq çoxdan məlumdur. Bu qəbildən olan təcrübə layihə kimi Bakıda 2014-cü ildə açılıb, amma o bağlandı.
"İdeya belədir ki, şəhərimizdə küçədə tanış olmaq elə də rahat deyil. Aqressiv reaksiya yaranır”, - o deyib. Qısamüddətli görüşlər zamanı bir neçə kişi və qadınla tanış olmaq imkanı yaranır. Əgər qarşısında oturan insanı bəyənmirsə, söhbətə dərhal son vermək olar. Onlar bir-birini bəlkə də ilk və son dəfə görürlər.
Kluba üzv olmaq üçün saytda qeydiyyatdan keçmək və görüşə dəvət almaq lazımdır. İştirakçıların etməli olduqları yalnız görüş zamanı oturacaqları restoranda masanın tutulması üçün pul ödəməkdir. Bütün məlumat məxfi saxlanılır. Onlardan heç kim nikah haqqında şəhadətnamə və ya şəxsiyyət vəsiqəsi tələb etməyəcək. Bir görüşə isə beş dəqiqə vaxt sərf edəcəklər.
Layihənin bir həftədən artıqdır işə düşməsinə baxmayaraq, 200-dən çox adam bu görüşlərdə iştirak etmək üçün müraciət edib. Onlardan ilk qrup seçilib, bu, 25-35 yaşında qadınlar və 30-40 yaşında olan kişilərdir. Təşkilatçılar həftənin sonunda ilk görüşün olacağını vəd edirlər. Hazırda onlar restoran axtarışı ilə məşğuldurlar. Görüşdən sonra iştirakçılar, əgər tanışlığı davam etdirmək istəsələr, yalnız telefon nömrələrini alacaqlar. Təşkilatçılar belə görüşləri tanışlıq dairəsini artırmağa imkan verəcəyini bildirirlər. Bu layihə, xüsusilə, məşğul insanlar üçün yararlıdır.
Oxu.az
BAKU.WS