İngilis astrofizik Stiven Hoking dünyanın gәlәcәyi ilә bağlı xәbәrdarlıq edib. İngilis elm adamı deyib ki, 2117-ci ilә qәdәr insanlar dünyanı tәrk etmәlidir. Sәbәb kimi isә nüvә müharibәsi ehtimallarını, qlobal istilәşmәni vә genetik olaraq hazırlanan virusları göstәrib. 75 yaşlı Hoking daha әvvәl dünya üçün tәhlükәli olan asteroidlәr vә dünya әhalisinin sürәtlә artması istiqamәtindә narahatlıqlarını dilә gәtirmişdi. Keçmiş tәlәbәsi olan Kristof Qalfard ilә dünyanı gәzmәyә hazırlaşan Hoking insanların kosmosda yaşamasının yollarını araşdıracaq.
Aqil