''Yeni Azərbaycan Partiyasını tərk edib Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulacayıq''

4-05-2017, 07:32   

anaxeber.info-a göndərilən məktubda deyilir ki, Bir qrup Qazax YAP-üzvləri Rəcəb Babaşovun əməllərinə etiraz olaraq Yeni Azərbaycan Partiyasının

sıralarını tərk etməyə hazırlaşır. Belə ki, Qazax şəhərində Rəcəb Babaşovun göstərişi, əmr və

tapşırıqlarına əsasən, əsassız yerə işdən çıxarılmış dövlət qulluqçuları, təhsil və məktəbəqədər müəssisə

işçiləri, şəxsi mağazalarının qarşısından bir gecədə hasar cəkilmiş sahibkarlar, müxtəlif bəhanələrlə

obyektləri bağlanan icarədarlar, bir sözlə bir qrup şəxs bir araya gələrək siyasi addım atmaq qərarına

gəliblər. Dövlət tərəfindən Rəcəb Babaşovun əməllərinə son qoyulmasa növbəti ay bu bir qrup şəxs öz

ətrafına zərərçəkmişləri toplayaraq rəsmi müraciətlə və mətbuata bəyan edərək Yeni Azərbaycan

Partiyasının sıralarını tərk edib Azərbaycan Xalq Cəbhəsi Partiyasının sıralarına qoşulacaqlarını

bildiriblər. Rəcəb Babaşovun əməllərindən zərərçəkmiş və bu işdə bizimlə həmrəy olan bütün şəxslərdən

qeyd olunmuş email ünvanımıza məktub yazmağı xahiş edirik. Email [email protected]

1-ci Bəyanat

Rəcəb Babaşovun şəxsiyyətini kifayət qədər araşdırmışıq. Mətbuatda çox geniş şəkildə Rəcəb Babaşovun

vaxtıilə Eldar Mahmudov və Çovdarov komandasının fəal üzvü olduğu barədə məlumatlar və faktlar var.

Cinayətkar dövlət xainləri Mahmudov və Çovdarov komandasında vaxtıilə yer almış Rəcəb Babaşov kimi

bir şəxsdən, biz Qazaxlılara heç bir xeyir və fayda gələcəyini düşünmürük. Rəcəb Babaşov cinayətkar

MTN komandasında yığdığı çirkli təcrübəni Qazaxlıların üzərində tətbiq etməyə başlayıb. Görünən

mənzərə bunu deməyə tam əsas verir. Rəcəb Babaşov öz aqressiv xarakteriylə və qeyri adekvat

davranışları və qərarlarıyla cəmi 1 il ərzində Qazax rayonuna kifayət qədər narahatçılıq yarada bilmişdir.

Ona görə də biz Rəcəb Babaşovdan narazıyıq. Bu şəxsin əməlləri Qazaxda ictimai narazılıq yaradır.

Keçmişi şübhəli olan, şəxsiyyəti şübhə doğuran bir şəxsin Qazax şəhərinə rəhbər olması biz Qazaxlıları

çox narahat edir. Babaşovun mənfi əməlləri artıq ictimayyətdə hər kəsə bəllidir. Rəcəb Babaşovun psixi

durumu onunla bircə dəfə ünsiyyətdə olmuş hər bir şəxsdə şübhə doğurur. Rəcəb Babaşovun

davranışlarına diqqətlə fikir verəndə, onun tam sağlam bir şəxs olduğuna inanmaq çox çətindir. Rəcəb

Babaşovun tabeçiliyində olan şəxslərə qarşı söyüş və təhqirlə davranışı, təhdid diliylə danışması, dövlət

işində işləyən şəxslərin günahsız işdən çıxarılması çoxlu sayda obyektlərin bağlanması, və s. əməlləri

Qazaxlılarda ciddi narahatlıq yaradır. Sahibkarlara və iş adamlarına etdiyi basqılardan da hər kəsin xəbəri

var. Rəcəb Babaşov vəzifəsindən sui istifadə edərək öz çirkin niyyətlərini həyata keçirmək üçün polis və

prokurorluq orqanlarından istifadə edir.

Bütün bunları nəzərə alaraq biz Rəcəb Babaşovun əməllərindən və qərarlarından zərərçəkmiş bir qrup

YAP üzvləri növbəti ayların birində rəsmi bəyanatla YAP-ın sıralarını tərk edib AXCP-yə üzv olmaq

haqqında qərar qəbul etmişik.

Rəcəb Babaşovun əməlləri daha ciddi və arzuolunmaz fəsadlara gətirib çıxarmamış dövlət ciddi qərar

qəbul etməlidir. Ona görə də rəsmi Bakıdan xahiş edirik, Qazaxlılara hörmət əlaməti olaraq Rəcəb

Babaşovun vəzifəsindən kənarlaşdırılmasıyla bağlı qərar verəsiniz.

Hörmət və Ehtiramla bir qrup Qazax YAP-üzvləri
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.