Suriya prezidenti Bəşər Əsəd əfv sərəncamı imzalayıb.
ANS PRESS-in məlumatına görə, bu barədə Suriyanın SANA dövlət agentliyi xəbər yayıb.
Bildirilir ki, prezidentin sərəncamına əsasən, 9 iyun 2014-cü ildən əvvəl törədilən cinayətlərdə təqsirli bilinənlər əfv olunacaq. Əvfin hansı cinayət törədənlər üçün və nə qədər məhkuma şamil ediləcəyi barədə məlumat verilmir. Lakin bildirilir ki, prezidentin sərəncamına əsasən ömürlük həbs cəzası alan məhkumların həbs müddəti 20 ilə endiriləcək. Əvfin əsasən ağır xəstəliyə tutulmuş və yaşı 70-i keçmiş məhkumlara daha çox şamil ediləcəyi gözlənilir.
Qeyd edək ki, Bəşər Əsəd bundan əvvəl də bir neçə dəfə əvf sərəncamının imzalandığını bəyan etsə də qərarın tətbiqi ilə bağlı heç bir məlumat verilməmişdi.