Savaş Suriyaya 144 milyard zərər vurub

9-06-2014, 19:20   
Savaş Suriyaya 144 milyard zərər vurub
Suriyanın Siyasi Tədqiqat Mərkəzi vətəndaş müharibəsi zamanı iqtisadi zərəri göstərən hesabat yayıb.

2013-cü ilin sonuna doğru hərbi əməliyyatların nəticəsi olaraq iqtisadi zərər 144 milyard dollara çatıb.

İşsizliyin göstəricisi 54%-dir, başqa sözlə desək, hal-hazırda 3,9 milyon suriyalı işsizdir. Onların 2,67 milyonu hərbi əməliyyatlar nəticəsində işsiz qalıb.

Hökumət borcları artıb və idxal olunan məhsulların həcmində də 26% çoxalma müşahidə edilib. Hökumət yanacaq, ərzaq məhsullarının idxalına və zəruri mallara subsidiya ayırmağa davam edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.