İsveçdə anadan olan və 21 il həmin ölkədə yaşayan 2014-cü ilin Türkiyə gözəli Əminə Gülşə “türklüyümü unutmadım, həmişə qürur duydum” deyərək kürəyinə “Nə mutlu türkəm deyənə” cümləsini və ay-ulduz şəkli döydürüb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankarada İsveç Milli Günü ilə əlaqədar təşkil olunmuş tədbirdə iştirak edən Gülşə kürəyindəki döyməni keçən il Mərmərədə istirahət edərkən vurdurduğunu bildirib:
“Ailəm mənə türk mədəniyyətini heç vaxt unutdurmadı. Evdə həmişə türk dilində danışmışıq. Dilimi unutmamaq üçün hər il Türk dili kurslarına gedirdim”.
Qeyd edək ki, atası Kərkük türkü olan Əminə Gülşə orta məktəbi İsveçdə bitirib. Türkiyədə ali təhsil almaq üçün anası ilə birlikdə İzmir şəhərinə köçüb. Atası isə işlərinə görə İsveçdə qalıb. 250 nəfər iştirakçı arasından “Türkiyə gözəli” seçilən və rusiyalı model İrina Şeykə bənzədilən Əminə Gülşə “Miss World” yarışmasında Türkiyəni təmsil edəcək.